Sionist rejim rəsmilərinin ardı-arası kəsilməyən əxlaqsızlıqları serialı, bu rejimin energetika naziri Silvan Şalom-un keçmiş həmkarına cinsi təcavüzü ilə təkmilləşib.
Şalom Sioinst rejimin gələcək prezident seçkilərinin namizədi və ehtimal üzrə “Şimon Peres”-ın əvəzi kimi qeyd olunur.
Sionist rejim başçısı qarşıdan gələn yay mövsümündə seçiləcək.
Həmin məlumata əsasən, sionist bir qadın polisə məlumata verib ki, Şalom 1999-cü milad ili və elmlər naziri vəzifəsini daşıdığı zaman onu cinsi əziyyətə məruz edib.
Sionist rejim polisi Şalomun cinayətinin təfərrüatını açıqlamadan bildirib ki, bu ittiham üzrə tədqiqatların aparılması ilə məşğul olacaq, lakin bu ittihamla bağlı Şalomun məhkəməyə verilməsi mümkün deyil.
Sionist rejimin qanunlarına əsasən, əxlaqsızlıq cinayətindən 10 ilin keçdiyi halda cinayətlə bağlı məhkəmə qərarı çıxarmaq mümkünsüzdür.
Sionist rejim polisi bildirib ki, ittihamla bağlı digər qurbarnlar da olsa, məsələ məhkəmə vasitəsi ilə araşdırılacaq.
Xəbər qaynaqları bildiriblər ki, hazırda Şalomun bu kimi ittihamlarla qarşılaşması ən pis zamanda baş verir zira Sionist rejim parlamenti (Knesset) Presin əvəzini təyin etməyə hazırlaşır.
Sionist rejim başçısı Benyamin Netanyahunun başçılıq etdiyi Likud partiyasının üzvü olan Şalom rəsmi şəkildə namizədliyini irəli sürməyib lakin onun namizədliyə hazırlaşdığı deyilir.
Sionist rejimin keçmiş başçısı Muşe Ketsava da 2011-ci il əxlaqsızlıq ittihamı ilə həbs qəti qərar çıxarılmışdı.
