Pakistanlı minlərlə adam, Amerikanın pilotsuz hava vasitələrinin ölkələrinə istiqamətli hərbi hücumlarına etiraz məqsədiylə paytaxt İslamabadda nümayiş təşkil etdi.
IRNA’nın xəbərinə görə, nümayişçilər, Amerika əleyhdarı şüar atdıqları zaman, Pakistan hökumətindən Amerikanın hərbi hücumlarının qarşısının alınması üçün ciddi tədbirlər almasını istədi.
Pakistanlı səlahiyyətlilər, bu hücumları ölkənin milli hakimiyyəti və ərazi bütövlüyünə edilmiş bir cəhd olaraq xarakterizə edərkən bu hücumların eyni zamanda BMT bildirgesinde zidd olduğunu elan etdilər.
Pakistan xalqı daha əvvəllər də təşkil nümayişlərdə, Amerikanın terrorizmlə mübarizə iddiasını yalanlayaraq Amerika rəhbərliyinə qarşı nifrət və reaksiyalarını bildirmişlər.