ABŞ prezidenti Beynəlxalq ictimaiyyəti İran ilə 5+1 qrupu arasında əldə edilən razılaşma haqda hər cür hay-küydən çəkindirib.
ABŞ prezidenti Barak Obama ötən gün (bazar ertəsi 25 noyabr) deyib: Beynəlxalq ictimaiyyət diplomatiyaya üz gətirməlidirl və İranın nüvə məsələsi üzrə Tehran ilə hərtərəfli razılaşmanın əldə edilməsi üçün qarşıdakı aylar ərzində “ağır mübahisələrdən” çəkinməlidir.
Obama San-fransiskoda qarşıdaı böyük problemlə toxunaraq deyib: ABŞ hökuməti diplomatiya qapılarını bağlamaq iqtidarında deyil və dünya məsələlərinin bir çoxu ilə bağlı sülhməqsədli yolları rədd etməməlidir zira özünü sonu məlum olmayan bir münaqişə ilə məşul edə bilməz.
ABŞ prezidenti təkidlə bildirib ki, siyasi məsələlər üzrə qalmaqal törətmək asan bir iş olsa da, Vaşinqtounun təhlükəsizlik doktrinası çərçivəsində yerləşmir.
ABŞ prezidenti eyni halda, hazırkı sanksiyaların İranı müzakirə masası arxasına gəlməsində təsirli olduğunu iddia edərək, bu sanksiyaları alqışlayıb.
Bu elə bir halda baş verir ki, Raşa Tudey Televiziyası ötən gün (bazar ertməsi 25 noybar) bir reportaj yayımlayaraq bidirib ki, İran əleyhinə tətbiq edilən sanksiyalar bu ölkə ilə 5+1 qrupu arasında Cenevrədə əldə edilən razılaşmalarda heç bir təsirə malik olmayıb.
Raşa Tudey Telekanalının reportajında təkid edilibki; dünyanın 6 güclü ölkəsi nəhayət başa düşüblər ki, dünyada nüfuzu artmaqda olan İran kimi ölkə ilə qarşılıqlı əlaqə qurmalıdırlar və həmin mövzu isə oyunun qanunlarını dəyişdirəcək.