DünyaXƏBƏRLƏR

Pakistanda partlayış, 45 nəfər həlak oldu

Pakistanın Kəraçi liman şəhərinin şiə sakinli məntəqəsində baş vermiş partlayışda 45 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Daxil olan məlumatlara görə, bu partlayış bazar günü baş verib.
Sind vilayətinin polis rəisi Fəyyaz Luqari deyib: Partlayış ətraf binalara ciddi zərər və ziyanlar vurub.
Həlak olanlar arasında qadınlar və uşaqların da olduğu bildirilir.
Luqari deyib: Partlayışın ardınca ikinci bir partlayış da baş verib.
Pakistanın Ali Məhkəməsi şiələrin təhlükəsizliyinin təmin edilməsi üçün uzunmüddətli tədbirlərin görülməsini istəyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu