
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qoşunları komandanı admiral Əli Fədəvi şəhidlərin xatirəsinə həs olunmuş ölkənin şərq məntəqələrinə təşkil edilən ilk “Nur Yolçuları” karvanının iştirakçıları qarşısında deyib: Region və dünyanın hazırkı vəziyyətinə habelə, İran İslam Respublikasının regional və beynəlxalq mövqeyinə işarə edərək, Fars Körfəzi və Oman dənizinin əhəmiyyətinə və bu məntəqələrdə təhlükəsizlik və sabitliyin təmin edilməsində Sepah-ın önəmli roluna aydınlıq gətirib.
Admiral Əli Fədəvi deyib: Hazırda bizim vəziyyətimiz müharibə dövrü ilə müqayisə ediləsi deyil. Siyasi, iqtisadi və hərbi qüdrət baxımından hazırda daha üstün mövqeyə yiyələnmişik və düşmənlər də bunu dərk edirlər.
Sepah-ın Dəniz Qoşunlarının komandanı ABŞ ilə müzakirə məsələsinə gəlincə isə deyib: Əmin olun ki, bu hadisə heç vaxt baş verməyəcək. Əgər bir zaman baş verərsə bilin ki, ya biz amerikalılar kimi olmuşuq, ya da amerikalılar bizim kimi olub. Ya biz onları olduqları kimi qəbul etmişik, ya da onlar bizi.
