ABŞ BMT-nin Tərksilah Konfransını boykot edərək, İranın bu konfransa dövri sədrliyinə öz etiraz və qəzəbini bildirib.
BMT Tərksilah Konfransının sədrliyinin 65 üzv ölkə arasında əlifba sırası ilə dövr etməsinə əsasən, 27 maydan 23 iyuna qədər İran İslam Respublikasının öhdəsində olacaq.
Belə bir halda, ABŞ təhdid edib ki, İranın sədrliyi ilə Tərksilah barəsində keçiriləcək BMT-nin növbəti konfranslarında iştirak etməyəcək.
ABŞ bu ideyaya “sadiqdir” ki, silahların artırılması və yaxud insan haqlarının geniş şəkildə pozulmasına dair 7-ci maddəyə əsasən, sanksiya edilmiş ölkələr rəsmi və yaxud protokol vəzifələri icra etməkdən qadağan olunmalıdırlar.
ABŞ elə bir halda belə iddialara əl atır ki, İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişə üzvdür və dəfələrlə sülhməramlı məqsədlər istiqamətində özünün nüvə texnologiyasından yararlanmaq hüququnu vurğulamışdır.