İranXƏBƏRLƏR

Pan Gi Mun İranın nüvə proqramı ilə bağlı ona nisbət verilən fikirləri təkzib etdi

BMT baş katibinin sözçüsü İranın nüvə işi ilə bağlı Pan Gi Muna nisbət verilən sözləri təkzib edib.
İRNA-nın məlumatına görə, BMT baş katibinin sözçüsü Martin Nsyrky “Vaşinqton Post” qəzetində Pan Gi Muna istinadla dərc olunan fikirləri təkzib edərək, deyib: Bu qəzetdə İranın nüvə işi ilə bağlı dərc olunmuş iddiaların əksinə olaraq, BMT baş katibinin məqsədi İran yox, Şimali Koreyanın nüvə fəaliyyətləri olub.
Pan Gi Munun sözçüsü Vaşinqton Post qəzetinin Pan Gi Muna istinadla dərc etdiyi “İran BMT ilə danışıqlardan atom bombası düzəltmək üçün bir kamuflyaj olaraq istifadə edə bilər” sitatının doğruluğu haqda deyib: Pan Gi Mun belə bir fikir səsləndirməyib.
Martin Nsyrky bildirib: Bu sözlər baş katibin müsahibə zamanı işlətdiyi sözlər deyil.
BMT baş katibinin sözçüsü deyib: Pan Gi Mun daim İranın nüvə işinin yeganə həll yolunun danışıqlar olduğunu vurğulayır. Baş katib danışıqlarda sürətli inkişafın əldə olunmasını istəyir. Xüsusilə İran və 5+1 Qrupu arasında müzakirələrin növbəti mərhələsinin yaxın zamanlarda Qazaxıstanda keçirilməsini nəzərə alaraq, Pan Gi Mun danışıqlarda irəliləyişin olmasını istəyir.
Martin Nsyrky sonda Pan Gi Munun Vaşinqton Post qəzeti ilə müsahibəsinin tam mətnini nümayiş etdirərək, qəzetin müsahibəni istədiyi formaya saldığını etiraf edib və bildirib: BMT baş katibi İranın nüvə işi xüsusunda olan sözlərində heç bir vəchlə atom bombası ifadəsindən istifadə etməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu