İran xarici işlər nazirinin Ərəb ölkələri və Afrika məsələləri üzrə müavini deyib: ABŞ heç də Fələstin xalqı hüquqlarının təmini maraqlanmır və yalnız öz mənafeyini diqqət mərkəzindətutur.
Hüseyn Əmir Abdullahiyan ötən gecə İRİB müxbiri ilə müsahibədə Fələtin Fəth Hərəkatının mərkəzi komitəsinin üzvü Cəbrəyil Rəcubun son vaxtlar Tehranda məsləhətləşmələr aparmasına toxunaraq deyib: İran və fələstinli qruplar bu qənaətdədirlər ki, Fələstin Özünü İdarə Təşkilatının sədri ilə Sionist rejim arasındakı müzakirələrdə və ABŞ rəsmilərinın regiona ardı-arası kəsilməyən səfərlərində Fələstin xalqının hüquqlarına zəmanət verən nəticələr əldə edilməyəcək və ABŞ təkcə öz mənafeini güdür .
İranın xarici işlər nazirinin müavini deyib: Fələstin Fəth Hərəkatı mərkəzi komitsəsinin üzvü Cəbrəyil Rəcubun Tehrana etdiyi səfəri cərəyanında Fəlsətinin son dəyişiklikləri araşdırıldı və xarici işlər naziri rəsmiləri fələstinli qruplar arasında inteqrasiya və Fələstin xalqından himayənin davam etməsi üzərində təkid ediblər.
Əmir Abdullahiyan deyib: Bu müzakirələrdə Fələstin mövzusu ilə bağlı təsirli çıxış yolunun əldə edilməsi üçün bütün fələstinlilərin iştirakı ilə referendumun keçirilməsi Tehran tərəfindən qəbul edilən çıxış yolu kimi təqdim edilib və Fələstin xalqının Sionist rejim cinayətləri qarşısında hüquqlarının təmin edilməsinin yalnız birlik və müqavimət sayəsində mümkün olunacağı bildirilib.
Fəth Hərəkatının mərkəzi komitəsinin üzvü Cəbrəyil Rəcub ötən həftə İran rəsmiləri ilə, o cümlədən İran xarici işlər naziri ilə Tehranda keçirdiyi görüşdə 2014-cü ilin Fəth Hərəkatı üçün tale təyinedici bir il olduğunu deyərək təkidlə bildirib ki, işğalçı Sionist rejimlə aparılan saziş müzakirələrinin məğlubiyyətə uğrayacağı təqdirdə, Fəth Hərəkatı bu ideayaya əsasən bir cəbhə təşkil edəcək ki, onun fəaliyyətləri nəticəsində ya Qüdsün paytaxt və mərkəzliyi ilə Fələstin ölkəsi təşkil olacaq ya da qarşı tərəf olan Sionist İsrail rejimi bundan sonra sakitliyin üzünü görməyəcək