İslamın əziz peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə Zəhranın (s.ə) məqamı və yeri “Təthir” ayəsi, “Mübahilə” ayəsi, “Məvəddət” ayəsi və “Əl-Kövsər” surəsindən əldə olunur. Bu şəxsiyyət Təthir ayəsinə əsasən istənilən napaklıqdan uzaqdır, Kövsər surəsinə əsasən çoxlu dəyərlərin mənbəyi və meyarıdır, Mübahilə dastanına əsasən əziz atası Həzrət Məhəmməd (s.ə.s), həyat yoldaşı Həzrət Əli (ə) və əziz övladları Həsəneynin (ə) kənarında xristian və müxalif rəhbərə ilahi höccəti tamam etdi.
O həzrətin bərəkət və təsirlərindən min ildən çox bir zaman keçir və milyonlarla insan hər gecə-gündüz onun Allah-taala dərgahındakı mənəvi şəxsiyyətindən kömək alaraq ona təvəssül edir.
Adları, ləqəbləri və künyələri
Həzrət Zəhra (s.ə) üçün yüzdən çox ad, ləqəb və künyə söylənilmişdir. Onların önəmlisi bunlardan ibarətdir: Fatimə, Bətül, Mübarəkə, Mühəddisə, Raziyyə, Mərziyyə, Tahirə, Siddiqə, Seyyidə, Ümm Əbiha, Ümmül-möminin və s…
Tərbiyə, fəzilətlər və insani kamilliklər
Allahın rəsulu (s.ə.s) buyurub: (qızım) Fatimə dünyanın ən yaxşı qadınıdır. Həmçinin buyurub: Fatimə (s.ə) Allahın yaratdıqlarının mənim yanımdakı ən əzizidir. Yenə də buyurub: Fatimə (s.ə) mənim bədənimin yarısı və vücudumun bir hissəsidir.
O həzrətin 4 insani kamilliyi və xüsusiyyəti
Əxlaqi sifətlər: Nəciblik, mürüvvət, səxavət, şücaət, bəxşiş, camal, xoş xasiyyət, səbir və dözümlülük, mehribanlıq, mətanət, iffət, paklıq, təqva, haqqı demək, sirləri qorumaq, əhd-peymana vəfalı olmaq, qənaətcillik, sadə yaşama Həzrət Peyğəmbərin ciyər parası və əziz qızının şəxsiyyətinin bir hissəsidir.
Onun Əli (ə) ilə bəyənilmiş və yaxşı izdivacı nəticəsində Həzrət İmam Həsən (ə), şəhidlər ağası Həzrət İmam Hüseyn (ə) Həzrət Zeynəb Kübra (s.ə), Ümm Külsüm və şəhid Möhsün (zədələnmə nəticəsində düşmüş) kimi viladət övladları dünyaya gəlmişdir. Belə ki, qiyamətə qədər onlar kimi şəxslər dünyaya gəlməyib və gəlməyəcək. Həzrət Zəhra (s.ə) elə bir övladları tərbiyə etdi ki, hər biri Allah və islam yolunda, sülh uğrunda və s… canlarını qurban etdilər və müsəlmanlar üçün örnəyə çevrildilər.
Xəstəlik, vəsiyyət və şəhidlik
Həzrət Zəhra (s.ə) əziz atası Həzrət Məhəmməd İbn Abdullanın (s.ə.s) ağrılı vəfatından sonra bir neçə ay yaşamadı və bu müddətdə o qədər ağladı ki, heç kim onu üzügülər görmədi. Onun ağlamağının səbəbi də nəticəsi bədbəxtlik və maddi və mənəvi problemlər olan müsəlman ümmətin ilahi doğru yoldan azmasından nigarançılıq idi.
İmam Cəfər Sadiq (ə) buyurur: Qunfuzun Həzrət Zəhra Mərziyyəyə (s.ə) vurduğu zərbələr nəticəsində o uşağını düşürdü və ona görə davamlı şəkildə zəiflədi. Nəticədə yatağa düşdü və Əmirəl-möminin və əziz qızları ona xidmət edirdilər.
Rəvayətdə bildirilir ki, 40 gün matəm, hüzn və ağır xəstəlikdən sonra Həzrət Zəhranın (s.ə) vəziyyəti ağırlaşdı. Bir gün həyat yoldaşı İmam Əliyə (ə) dedi: Ey mehriban əmioğlu! Öz ölümümün əlamətlərini özümdə müşahidə edirəm. Güman edirəm ki, tezliklə atama qovuşacağam, vəsiyyət etmək istəyirəm. İmam Əli (ə) buyurdu: Hər nə istəyirsən de. Onlara əməl edəcəyəm.
Həzrət Siddiqə Kübra (s.ə) öz vəsiyyətini belə bəyan etdi: 1. Ey əmioğlu! Kişilər həyat yoldaşı olmadan yaşaya bilməzlər…Xahiş edirəm məndən sonra Umamə (rəfiqəmin qızı Zeynəb) ilə evlən. Çünki mənim övladlarıma mehribandır. 2. Mənim üçün tabut düzəlt ki, məni apardığın vaxt bədənimin ölçüsü bilinməsin. 3. Mənə gecə ikən qüsl ver, kəfənlə və torpağa tapşır. Haqqımı qəsb edənlərə və məni incidənlərə mənə namaz qılmağa və yaxud dəfn mərasimimdə iştirak etməyə icazə vermə.
İmam Əli (ə) o həzrətin vəsiyyətinə əsasən gecə ikən qüsl verdi və kəfənlədi, səhabələrdən bir neçəsi ilə Allah peyğəmbərinin (s.ə.s) əziz, məzlum və şəhid qızını gecə qaranlığında yavaş-yavaş və Mədinə şəhərinin mütləq sükutunda naməlum məkanda torpağa tapşırdı. İmam Əli (ə) bir az dayandıqdan sonra düşmənlərin təhlükəsinə görə qəbrin kənarında 7 və yaxud 40 yeni qəbir hazırladı və qəm-kədər içində evə qayıtdı. Səhəri dəfn mərasimində iştirak etmək istəyən səhabələr anladılar ki, peyğəmbərin əziz qızının dəfn mərasimi gecə ikən həyata keçirilib…
