Peyk daşıyan raketin partlaması, Rusiya üçün 200 milyon dollar ziyana səbəb olub

Almaniyanin birinci dövlət televiziyasının verdiyi məlumata görə, Qazaxıstanın “Baykonor” kosmodromundan atılan kimi parlayıb parçalanan bu raket 3 peyki orbitə daşıyacaqmış.

Məlumatda deyilir ki mütəxəssislər bu hadisənin maliyyə ziyanlarının 200 milyon dolları ötdüyünü deyirlər.

Son 3 il ərzində Rusiyada peyk daşıyan raketlərin qəzaya uğraması halları artıb. Bu qəzalar nəticəsində bir neçə hazır peyk məhv olub.

↑
Mobil sürümden çık