İranXƏBƏRLƏR

İran prezidenti ölkənin kosmonavtika alimlərinə təbrik müraciəti verib

İran İslam Respublikası prezidenti bir müraciətdə “Fərgam” adlı ikinci meymun kosmonavtın kosmusa göndərilməsi və yenidən geri dönməsini İranın kosmonavtika alimlərinin uğurunu təbrik edib.

Həsən Ruhani bu gün şənbə günü(14 dekabr) bir müraciətdə belə bildirib: İranda Tədqiqat Həftəsinin ilk günündə İranın kosmonavtika alimlərinin səyləri ilə, “Fərgam” adlı ikinci meymun kosmonavtı daşıyan kosmik raketi birinci dəfə olaraq, maye yanacaqla tam uğurla kosmosa göndərildi və tam sağlam şəkildə yenidən əldə edildi.
Ruhani bu böyük uğur münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri və İran xalqını təbrik edərək, Allah-Taaladan iranlı alimlər və tədqiqatçıların günü-gündən artan uğurlar əldə etmələrini diləyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu