AsyaDünyaİranXƏBƏRLƏR

İran əhalisinin sayı artıb

İranda əhalinin sayı hazırda 77 milyon 400 min nəfərdir və cari ilin sonunadək (İranda il martın 21-də dəyişir) əhalinin sayının 77 milyon 856 min nəfərə çatacağı proqnozlaşdırılır. Bu barədə İran Statistika Mərkəzi açıqlama verib. Bu barədə İranın İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, 2016-cı ildə İran əhalisinin sayının 80 milyon nəfər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2011-ci ilin statistikasına görə, İran əhalisinin sayı 75 milyon 150 min nəfər olub.

Ölkə vətəndaşlarının 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edir. Əhalinin 70 faizi 15-64 yaşlı şəxslərdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu