İbrani mediası Haaretz Suriyanın cənubunda xidmət etmiş Sionist rejim hərbçilərinə istinadən yazıb ki, işğal ordusu bölgədəki hərbi iştirakını əsaslandırmaq üçün saxta fəaliyyətlər həyata keçirir və mülki şəxslərlə qəsdən qarşıdurmalar yaradır.
Qəzetin yazdığına görə, hərbçilər qeyri-rəsmi söhbətlərdə bildiriblər ki, işğal ordusu demək olar ki, heç bir təhlükənin olmadığı bölgədə çoxsaylı qüvvələr yerləşdirib. Ordu bu iştirakını əsaslandırmaq üçün yerli sakinlərlə gündəlik gərginliklər yaradır.



