Sistan və Bəlucistan vilayətinin polis komandanının müavini Xaş rayonunun İrəndəgan bəxşində silahlı avtomobil oğruları dəstəsinin dağıdıldığını və dəstənin iki üzvünün polis əməkdaşları ilə silahlı qarşıdurmada öldürüldüyünü açıqlayıb.
Keçirilən əməliyyat zamanı 2 ədəd Kalaşnikov avtomatı, 5 daraq, 60 ədəd döyüş gülləsi, oğurlanmış bir dövlət nömrə nişanı və bir ədəd oğurlanmış Toyota avtomobili aşkarlanıb. Həmçinin oğruların sərəncamında olan və cinayətlərin törədilməsində istifadə edilən 2 Toyota və Peugeot avtomobili saxlanılıb.


