Sionist rejim ordusunun hərbçiləri Fələstin xalqına qarşı cinayətlərinin davamında 8 fələstinlini atəş açaraq yaralayıblar.
Fələstin tibb mənbələri bildiriblər: Sionist rejim ordusunun hərbçiləri İordan çayının qərb sahilində yerləşən Nablosun cənubunda Qəsrə kəndinə basqın edib və 8 fələstinliyə doğru atəş açaraq onları yaralayıblar.
Qəsəbələrin sionistləri də Qəsrə kəndinin bağlarına hücum edərək onlarla zeytun ağacını kəsiblər.
Qəsəbə sionistləri və hərbçiləri 1967-ci ildən indiyə qədər 8 mindən çox zeytun ağacını məhv ediblər.