20-lə qrupu sammitinin birinci günü elə bir şəraitdə başa çatdı ki, iclasda iştirak edən müxtəlif ölkələr ABŞ-ın Suriyaya qarşı hərbi hücum planını kəskin formada qınadılar və Obama şam ziyafətinə özünü təklənmiş hesab edən yeganə adam oldu.
Röyters 20-lər qrupunun iclasında Suriyaya hərbi hücumla müxalifət edən ölkələrin Obamaya qarşı etirazları və təzyiqlərinin artmasından xəbər verib.
Dünyanın inkişaf etmiş 20 ölkəsinin rəhbərləri Sank Peterburqda bir araya gələrək, iqtisadi böhrandan xilas olmaq və iqtisadi inkişafa nail olmaq üçün ortaq məxrəcə gəlməyə çalışdılar. Amma, onlar ABŞ-ın dünya iqtisadiyyatına yardımla bağlı proqramı üzərində razılığa gələ bilmədilər və Vaşinqtonun Suriyaya qarşı hərbi müdaxiləsinə qarşı vahid mövqedən etiraz etdilər.
Röyters bildirir ki, Obama bu gün Putin tərəfindən təşkil edilmiş şam ziyafətinə elə bir vəziyyətdə qatıldı ki, ziyafət zamanı Suriya mövzusu ən ciddi müzakirə mövzusuna çevrilmişdi.
Obama Putinə yaxınlaşdığı və onunla əl sıxdığı zaman üzündə süni təbəssüm var idi. Putinin də üzündə eyni süni təbəssümü görmək olardı. Yalnız, fotoreportyorlar şəkil çəkmək istədikləri zaman Obaman dodaqlarını bir qədər açmalı və gülümsəməli oldu.
Röyters yazır: Oyunun birinci raundunu Putin uddu. Çünki, Çin, Avropa Birliyi, yeni iqtisadi güclər olan Briks və papa Fransis Təhlükəsizlik Şurasının icazəsi olmadan Suriyaya qarşı hərbi müdaxilənin qaçılmaz mənfi nəticələri haqda xəbərdarlıq etdilər.
Çinin iqtisadiyyat və maliyyə nazirinin müavini cənab Jou Qvanqyau da 20-lər qrupunun sammiti əsnasında bir mətbuat konfransında Suriyaya qarşı hərbi müdaxilənin dünya iqtisadiyyatını xüsusilə də neftin qiymətini təsir altına alacağını deyərək, belə bir addımın neftin qiymətində sıçrayışa səbəb olacağını bildirib.