DünyaXƏBƏRLƏR

Əfqanıstanın Herat şəhərində ABŞ konsulluğuna qarşı kamikadze hücumunda 24 nəfər ölüb və yaralanıb

Bu gün səhər Əfqanıstanın Herat şəhərində ABŞ konsulluğuna qarşı kamikadze hücumunda 24 nəfərin öldüyü və yaralandığı bildirilir.

Terrorçular bu gün səhər ABŞ konsulluğuna hücum edərək, konsulluğun iki mühafizəçisini və daha bir sivil vətəndaşı öldürüb, 21 nəfəri isə yaralayıblar. Yaralananlardan 3-ü polis əməkdaşıdır.
Konsulluq binasının ətrafında toqquşmalar davam edir və 4 silahlı hücumçudan biri hələ də silahlı müqaviməti davam etdirir.
Xəbər mənbələri terrorçuları zərərsizləşdirmək üçün ABŞ xüsusi təyinatlılarının artıq məsələyə müdaxilə etdiklərini bildirirlər. NATO-ya məxsus vertolyotlar da konsulluğun ətrafında havaya qalxaraq, ətrafı nəzarətdə saxlayırlar.
Herat şəhərindən daxil olan məlumatlara görə, konsulluq binasının şərq divarları bomba quraşdırılmış 2 avtomobilin partladılması nəticəsində tamamilə dağılıb. Amma, xəbər mənbələri diplomatların heç bir xəsarət almadıqlarını və həyatda olduqlarını bildirirlər. Terrorçulardan kiminsə həyatda qalması və konsulluğa daxil ola bilməsi ilə bağlı isə heç bir məlumat yoxdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu