Nobel mükafatı laureatı Ang San Suçi-yə sadiq olan xuliqanların irqçi və aqressivliklərlə dolu olan bir soyqırımı zamanı Ruhinqiyalı didərginlərdən onlarla nəfəri öldürdükləri bir halda Qərb son zamanlar elə bir Myanmardan danışır ki, onların etirafına görə, “açıq”, “müstəqil” və “azad”dır.
Amerikanın Los-anceles Tayms qəzeti “Myanmar Çindən uzaqlaşmaqdadır” başlıqlı bir məqalədə belə yazıb: “ Son zamanlar Myanmarın Çindən üz döndərməsi və Qərbə üz tutması habelə açıq bir hökumətə malik olması xaricilərin bir çoxu üçün təəccüb doğurandır. Myanmarın prezidenti Tin Sin yüksək templi bir prosesdə bu ölkənin Çinlə müştərək olan 3.6 milyard dollarlıq su-elektrik satansiyası layihəsinin icrasını dayandırıb, azad seçkilər keçirib və siyasi məhbuslar, o cümlədən hökumətlə müxalif olanların rəhbəri Ang San Suçini həbsdən azad edib!”
Los-anceles Tayms Qəzetinin dərc etdiyi məqalədə xüsusi şəkildə bir neçə cəbhədə tam məkrlicəsinə və aldadıcı formada Qərbin xəbərsiz xalqını aldatmaq istəyir və eyni halda Myanmarda müsəlmanlar əleyhinə cari cinayətlər haqda məlumatlı olan şəxslər üçün Qərbin siyasət və media oyunbazlarının simasını ifşa edir. Qərbin mediaları və siyasət üzrə oyunbazlarının Myanmarda azad hökumət və Qərbə yaxınlıq adlandırdıqları məsələ təqribən bir ildir ki, başlanıbdır.
Londonun Tayms qəzeti və onun şirkət himayəçilərinin şənlik etdikləri məsələ Qərbin bir neçə onillik məhrum olduğu Myanmar ölkəsi qapılarının Qərb şirkətlərinin mənafelərinin üzünə açılmasıdır.
Los-anceles Tayms Qəzeti həmçinin Çinlə Myanmar arasındakı müştərək su-elektrik stansiyası layihəsi olan “Mitson” adlı layihənin icrasında yayınmalar yaradanların kimlər olduğuna əsla işarə etmir.
Tayms qəzetinin Qərbin başqa mediaları kimi bu layihənin ləğv edilməsini “xalqın iradə və istəyinin zəfər çalması “ kimi göstərməyə çalışdığı bir halda, əslində Qərbin Nobel mükafatı laureatı Ang San Suçi və çoxsaylı formal və qərbyönlü qeyri-hökumət təşkilatları ətraf-mühit və sosial mülahizələri bəhanə edərək, bu layihənin icrasında xələllərin yaranmasına səbəb oldular və Çinlə Myanmar arasındakı müqavilə ləğv edildi. Amma elə həmin qeyri-hökumət təşkilatları BP kimi Qərb şirkətlərinin Myanmar kimi kiçik ölkə ilə müqavilə bağladıqları zaman, ekologiya problemləri və ziyanlarını əsaslandırırlar.
Bu qeyri-hökumət təşkilatlarının ən mühümlərindən biri “Birma Axar Sular Şəbəkəsi” təşkilatıdır. Həmin şirkətin maliyyə təminedicisinin zahirdə gizli saxlanılmasına rəğmən, Kaliforniyada Ford Fondu, Sigrid Razing Koalisiyası, Taydz Fondu və Beynəlxalq Axar Sular Qurumu kimi təşkilatların hamısı , “Birma Axar Sular Şəbəkəsi” Təşkilatı və “Kaçin İnkişaf Qrupu”nu özlərinin şərikləri kimi bildiriblər.
Bu təşkilatlar bir-birlərinin kənarında, bir-birləri ilə əl-ələ verib, Amerikanın himayəsi altında olan başqa qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək, Myanmarda fəaldırlar.
Barak Obamanın Amerikadakı seçkilərdən sonra özünün ilk xarici səfərini Myanmara həyata keçirdikdən sonra Amerikanın əziz-dürdanələri olan bu qeyri-hökumət təşkilatları Obamanı demokratiyanın təzahürü kimi alqışladılar.
Həmçinin Qərbdən asılı bir-birinə bağlı media şəbəkəsi burada da fəal idi. Birmada İrrawaddy nəşriyyatı, Era-Journal və Birma Demokratik Səsi və başqaları Amerikada Demokratiya Uğrunda Milli Təşkilatı habelə Soros Fondunun Açıq Cəmiyyət Müəssisəsi tərəfindən maliyyə cəhətdən təmin edilirlər. Çindən alınıb,Qərb şirkətlərinə vermək məqsədilə Mitson su bəndi layihəsi üzrə müqavilənin ləğv edilməsindən sonra Amerikada yerləşən Beynəlxalq Axar Sular Təşkilatı bu su bəndinin inşasının dayandırılmasını alqışlayaraq, bu hərəkəti Birmada, Çində və dünyada mədəni qruplar üçün böyük müvəffəqiyyət kimi adlandırdı!!
Bundan öncə də Myanmarda Qərbə bağlı olan media şəbəkəsi, o cümlədən Amerikada Milli Demokratiya Təşkilatına bağlı olan Irrawaddy jurnalı bir sıra məlumatlar yayıb, adını açıqlamadığı sırf “bir şahid”ə istinad edərək, iddia edirdilər ki, qeyd edilən su bəndinin təhlükəsizliyini təmin edən əsgərlər, xalqın işlərinə xələl vurub, “insan haqlarının təkrar pozulması”na səbəb olurlar!!
Demək lazımdır ki, Myanmarda Ang San Suçi Qərbə bağlı olanların bu təbliğatlarında açar rola malik idi. Amma elə həmin Nobel Sülh Laureatı və Qərbin hörümçəkvari media və qeyri-hökumət təşkilatları hazırda Myanmarda müsəlmanların rəhimsizcəsinə qırğın edilməsi haqda razı görünürlər.
Bu ikili standartlar və meyarlar xüsusilə elə bir halda həmişəkindən daha çox gözə çarpır ki, Ang San Suçi bir mədəndə aksiya zamanı özünün zəfəran-rəngli rahiblərinin hüquqlarının sözdə pozulması əleyhinə çoxlu çıxışlar edir, amma Raxin əyalətində Ruhingiya müsəlmanlarının qırğın edilmələri və vəhşicəsinə soyqırımı haqda sükut edibdir.
Qərb həmişə məkrli və aldadıcı formdada “azadlıq”, “ açıq və şəffaf olmaq” və “istiqlaliyyət” kimi terminlərin örtüyü altında özünün istilaçı planlarını istiqamətləndirib, icra edibdir. təfəkkür və diqqətlə tam şəkildə aydın olur ki, Qərb qeyd edilən dəyərlərin heç birini icra etmək ardınca deyildir. Məgər bu ki, Qərbin “azadlıq” və “açıq və şəffaf olmaq”dan məqsədinin Qərb şirkətlərinin Myanmarın sərvətlərini istədikləri kimi qarət etmək kimi qəbul edək. Həmçinin “istiqlaliyyət”dən də məqsəd budur ki, Myanmarı özünün ənənəvi müttəfiqlərindən ayırsınlar və bu ölkəni yeni ərbabları yəni Wall Street və Londona bağlı olan ağalara bağlı etsinlər.