FələstinXƏBƏRLƏR

Sionist hərbçilər 6 fələstinlini oğurlayıblar

Sionist İsrail rejimi ordusu qüvvələri işğal olunmuş İordan çayının qərb sahilində İslami Müqavimət Hərəkatı Həmasın 5 üzvü də daxil olmaqla 6 fələstinlini oğurlayıblar.

Bu məlumatlara görə, bu fələstinlilər günün ilk saatlarında İordan çayının qərb sahilində əl-Xəlil şəhərində öz evlərindən oğurlanıblar.

Fələstin parlamentinin üzvü Məhəmməd Camal əl-Nətşə oğurlananlar arasındadır. Həmas Fələstinin Qanunvericilik Şurasında 132 yerdən 74-ü əldə edib.

İsrail rejimi ordusu müntəzəm şəkildə İordan çayının qərb sahilində fələstinlilərin mənzillərinə soxulur və fəalları və vətəndaşları həbs edir. Bu həbs olunanların əksəriyyəti ittihamı bildirilmədən həyata keçirilir və bir çox fələstinli ən kiçik hüququndan məhrum olaraq sionist həbsxanalarda həbsdədir.

Fələstinli məhbusların çoxu idarə həbsi adlanan həbsə əsasən sionist həbsxanalarında məhbusdur.

Əsasən İsrail rejimi qüvvələri tərəfindən fələstinlilərə qarşı tətbiq olunan idarə həbsi məhkəmə olmadan və ittihamı bildirilmədən həyata keçirilən həbsdir. Bu növ həbs bu rejimə icazə verir ki, rəsmi ittiham elan olunmadan 6 ay müddətinə fələstinliləri həbs etsin. Bununla belə bu göstərişin müddəti məhdudiyyətsiz zamana qədər uzadıla bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu