DünyaXƏBƏRLƏR

Bəraətə əsas çoxdur, məhkəməyə inam yoxdur- Nicat Əliyevin vəkilləri

Baş redaktor Nicat Əliyev və dindarların barəsində bəraət hökmü çıxarılması gözəlinləndir, amm dindarların vəkilləri Azərbaycan məhkəmələrinin belə bir hökm çıxaracağına inanmırlar.
Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyevin və onunla birgə digər həbs edilənlərin məhkəmə prosesi keçirilib. Prosesdə təqsirləndirilən şəxslər – Qorxmaz Camalov, Elmxan Hüseynov, Emin Tofiqi, Səfər Məmmədov, Valeh Abdullayev və Əli Əliyev son sözləri ilə çıxış ediblər.
Jurnalistin vəkilləri məhkəmə ilə bağlı rəylərini “Azadxeber.net” saytı ilə bölüşüblər. Vəkil Yalçın İmanov təqsirləndirilən şəxslərə istinad olunan əməllərin onlar tərəfindən törədilmədiyinin məhkəmədə ifadə olunduğunu bildirdi: “Bu iş üzrə ədalətli məhkəmə yanaşması hüququnun tətbiqi kifayət edir ki, təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü çıxarılsın. Amma mən Azərbaycan məhkəmələrinin belə bir hökm çıxaracağına inanmıram”.
Nicat Əliyevin digər vəkili Abil Bayramov məhkəmənin nəticəsini deməyin olduqca çətin olduğunu dedi: “Hər halda biz bəraət gözləyirik. Çünki işin gedişində tamamilə aydın oldu həm istintaqda, həm də məhkəmənin başlayan dövründə ki, ittiham qətiyyən sübuta yetirilməyib, ittihamın heç bir əsası yoxdur.”
Xatırladaq ki, 2012-ci may ayının 20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlama maddəsi ilə ittiham irəli sürülmüşdü.
2013-cü il yanvarın 26-da baş redaktora qarşı qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, satma və ya yayma, hakimiyyətin zorla ələ keçirilmə maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.
Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.
Nicat Əliyev həbs edildikdən sonra Bakıda qan içən İsrail rejimi səfirliyində işgəncəyə məruz qaldığını demişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu