Misir prokurorluğu bu ölkənin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi və Müsəlman Qardaşları rəhbərlərindən casusluq, qətlə təhrik və iqtisadiyyatı məhv etmək ittihamı ilə geniş təhqiqata başlayıb.
Misirin baş prokurorunun müavini və prokurorluğunun sözçüsü Adil əl-Səid bir bəyanatda bildirib ki, prokurorluq Mürsi, bir qrup Müsəlman Qardaşları rəhbərləri, bu hərəkatın siyasi qolu olan Azadlıq və Ədalət partiyasının rəhbərləri və Müsəlman Qardaşları hərəkatının bəzi tərəfdarlarının aksiyaçılardan casusluq və qətli barəsində ittihamı ilə əlaqədar bildirişlər barəsində geniş təhqiqata başlayıb.
İsmailiyyə cinayət məhkəməsi 2011-ci il iyun ayında Vadi Nətrun həbsxanası hadisəsi ilə məşhurlaşan həbsxanalara basqın barəsində prokurorluqdan Müsəlman Qardaşlarının 34 rəhbəri, o cümlədən Mursi, islamçı rəhbərlər və əcnəbi ünsürləri təhqiqatın aparılması üçün məsuliyyətə cəlb olunmasını istəyib.