İran xalqının yeni seçdiyi prezident Tunis prezidenti Məhəmməd Munsif əl-Mərzuqi ilə telefon söhbətində bildirib ki, İran dünyanın istənilən yerində müsəlmanlar arasında müharibə, toqquşma və qan tökülməsinə qarşıdır.
Tunis prezidenti şənbə günü günortadan sonra telefon söhbətində mübarək Ramazan ayının gəlişi və Həsən Ruhaninin İran İslam Respublikasının prezidenti olaraq seçilməsi münasibəti ilə təbrik edib və mübarək Ramazan ayında Suriyada atəşkəsin bərqərarı üçün İranın səy göstərməsini istəyib.
Tunis prezidentinin telefon əlaqəsi qurmasına görə öz təşəkkürünü bildirən Ruhani deyib: Biz dünyanın istənilən yerində mübarək Ramazan ayı və digər aylarda müsəlmanlar arasında müharibə və qanın tökülməsinə qarşıyıq.
İran xalqının yeni seçdiyi prezident əlavə edib: Bütün islam ölkələri müsəlmanlar arasında müharibə, qarşıdurma və qanın tökülməsinin qarşısını almaq üçün çalışmalıdır və İran da bu sahədə heç bir səyini əsirgəməyəcək.