İranın basketbol üzrə yığma komandası Uilyam Cons kuboku yarışlarında 7 ardıcıl qələbədən sonra bu yarışların çempionu titulunu əldə edib.
Basketbol üzrə 35-ci Uilyam Cons kuboku yarışlarının davamında ötən gün İranın yığma komandası 7-ci matçında Tayvanın əsas yığması ilə qarşılaşıb. İran basketbolçuları sonda 72:67 hesabı ilə qələbə qazanaraq bu yarışlarda qəhrəmanlıq titulunu əldə edib.
İranın yığma komandası bundan öncə 3 dəfə 2009, 2010 və 2011-ci illərdə bu kubokun sahibi olub.