XƏBƏRLƏR

ABŞ pilotsuz təyyarələrinin Pakistana hücumunda 3 nəfər ölüb

Şənbə gecə Pakistanın şimal-qərbində yerləşən Şimali Vəziristanın qəbilə sakinli məntəqəsində ABŞ-ın pilotsuz təyyarələrinin raket hücumunda ən azı 3 nəfər həlak olub.

Bu raket hücumu yerli vaxtla 23:45 dəqiqədə baş verib. Belə ki, Amerikanın bir pilotsuz təyyarəsi Əfqanıstan sərhədi yaxınlığında Şimali Vəziristanın qəbilə sakinli məntəqəsinin Mirəli bölgəsinə doğru 2 raket atıb.

ABŞ pilotsuz təyyarələrinin son hücumu Pakistanda cari ildə öz növbəsində 16-cı hal hesab olunur.

2013-cü ilin əvvəlindən belə hücumlarda ən azı 100 nəfər həlak olub.

Pakistanın baş naziri Nəvaz Şərifin başçılığı ilə bu ölkənin yeni hökumətinin etirazlarına baxmayaraq, ABŞ heç vaxt Pakistanın şimal qərbində qəbilə sakinli məntəqələrə öz pilotsuz təyyarələrinin hücumunu dayandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu