Qətər əmiri Şeyx Həməd Bin Xəlifə Ali-Sani dünən gecə Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşərək, onunla Suriya böhranı haqda məsləhətləşmə aparıb.
Obama Qətər əmiri ilə görüşdən sonra müxbirlərlə müsahibədə belə iddia edib: Biz Qətərin və digər ölkələrin əməkdaşlığı ilə Suriyadakı qırğına son qoymaq və bu ölkənin prezidenti Bəşşar Əsədin kənarlaşdırılmasına nail olmağa çalışırıq. Zira bu prezident öz xalqının yanında heç bir etibara malik deyil.
Qətər əmiri də Yaxın Şərqdə təkcə fələstinlilər və sionistlər deyil, bütün ərəb ölkələrinə şamil olacaq davamlı sülhün əldə olunması vacibliyini vurğulayıb. O, aldadıcı bir hərəkətdə ümidvarlıq edib ki, Suriya böhranı tezliklə öz həllini tapacaq.
Qətər əmirinin sözləri elə bir halda söylənir ki, bu ölkə Suriya böhranının əvvəlindən bəri böhranın davam etməsi amillərindən sayılır və Suriyada yaraqlıları maliyyə və silah cəhətdən dəstəkləyərək bu ölkədə qırğına səbəb olur.