DünyaXƏBƏRLƏR

Tunislilər uşaqlardan əsgər kimi istifadə olunmasını pisləyiblər

Tunislilər bəzi ölkələrin rəsmi Dəməşqlə döyüşmək üçün uşaqlardan əsgərlikdə istifadə etmələrini pisləyiblər.

Tunis ailələri Suriya hökuməti ilə döyüşmək üçün övladlarının əsgərliyə aparılması ilə əlaqədar bəzi xarici ölkələrin hərəkətlərinə etiraz olaraq aksiya keçiriblər.

Bu ailələr çərşənbə axşamı günü Tunis parlamenti qarşısında dinc aksiya keçirərək, bəzi ölkələr, xüsusilə də Türkiyənin uşaqların əsgərliyə aparılması ilə bağlı hərəkətini pisləyiblər.

Etirazçılardan biri deyib: Bilirəm ki, Türkiyə oğlumun Suriyaya getmək prosesini sadələşdirib. Mən Türkiyə hökumət rəsmilərini tunisli və suriyalı anaların qəm və kədərində müqəssir hesab edirəm. Gənclərimizdən biri həyat yoldaşı və qızı ilə Suriyaya gedib. Onlar satıldılar. Bu, onların adlandırdıqları cihaddırmı?

Aksiyaçılar həmçinin Tunis rəsmilərindən övladlarının geri dönmələrinin təhlükəsizliyinin təmin olunması məqsədilə rəsmi Dəməşqlə danışıqlar aparmalarını istəyiblər.

Tunisin Konstitusiya Milli Assambleyasının nümayəndələri də sionist rejim, ABŞ, Qətər və bəzi ərəb ölkələrinin Suriyadakı böhranda rollarının olması barəsində xəbərdarlıq ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu