İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri 2 yeni təyyarənin konstruksiya edilib, düzəldilməsindən xəbər verib və vurğulayıb ki, İran raketləri “dəqiq” olublar.
Sərkərdə Vəhidi İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə keçirilən bir tədbirdə bildirib ki, bu gün istər ballistik raketlər, istərsə də “Kruz” raketləri olsun, raket sənayesi həm dəqiqlik, həm də diqqət cəhətdən yüksək rütbələr əldə edibdir. Belə ki, bu gün İranın raketləri “dəqiq” olublar. Həmçinin dəniz kruzları da diqqət və sürət cəhətdən çox yüksək səviyyədədirlər. Belə ki, İran İslam Respublikasının dəniz təhlükəsizliyini tam şəkildə təmin və müdafiə edə bilirlər.
O əlavə edib: “Qahir” təyyarəsinin təqdimatından sonra iki növ digər təyyarəni konstruksiya edib, düzəldəcəyik. Həmçinin İslam Respublikasının pilotsuz təyyarələr sahəsindəki vəziyyəti elədir ki, başqa ölkələrdə çoxlu sayda könüllü əldə edibdir.
İranın müdafiə naziri deyib ki, əlbəttə müdafiə-quru silahlarını da unutmamışıq.