İranXƏBƏRLƏR

Məhbus Dindara “Bandotdel”də işgəncə edilib

Dindar məhbus Röyal Əsgərov İran İslam Respublikası və Hacı Tale Bağırova qarşı yalan ifadə vermək məqsədi ilə “Bandotdel”də işgəncə edilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının yandırmaqda əsassız ittiham olunan Röyal Əsgərovun vəkili İslamazeri saytına məlumat verib.

Vəkil bildirib : “Müvəkkilim Röyal Əsgərov bildirdi ki, “Bandotdel”-də başına maska keçirilərək, şiddətli şəkildə döyülüb. Röyal onunla birlikdə həbs olunan Bəxtiyar Qurbanovun daha çox döyüldüyünü bildirdi. Röyal Əsgərova 3 dəfə işgəncə veriblər. Mən “bandotdel”də onunla görüşdükdən sonra işgəncəni dayandırıblar”.

İşgəncə edənlər Röyal və Bəxtiyardan tələb ediblər ki, onları ittiham kimi göstərilən işi görməyə kimin təşviq etdiyini bildirsinlər. Döyüldükləri zaman onlardan tələb ediblər ki, bu işin İrandan sifariş edildiyini açıqlasınlar!! Daha sonra isə Tale Bağırovun sifarişi əsasında Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının yandırmaq istədiklərini bildirmələri üçün işgəncə ediliblər!!

Vəkil bildirib : “Bütün işgəncələrə baxmayaraq Röyal deyib ki, bu barədə onlara nə tapşırıq, nədə ki, göstəriş verilməyib. Onlar sadəcə hicaba olan qadağaya, ruhanilərin həbsinə və onlardan əvvəl həbs olunan Hacı Tale Bağırovun həbsinə etiraz ediblər”.

Bakı telekanallarda gedən etiraf video görüntülərində, güya Röyal və Bəxtiyar tapşırığı Tale Bağırovdan aldıqları ilə bağlı yayılmış məlumata həm Röyal, həm də mən etiraz edir və əsassız olduğunu bildirir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu