AsyaDünyaFələstinXƏBƏRLƏR

Qəzzaya qarşı Misir və İsrail əməkdaşlıq edir

Mübarək Ramazan ayının astanasında Misir hökuməti Sionist rejim ilə paralel bir hərəkətdə Rifah sərhəd qapısının işini maneə törədərək Qəzza xalqına təzyiqlərin artmasına səbəb oldu.

Fələstin xəbər qaynaqlarının bildirdiyinə görə Siyonism rejimin ərazidə tətbiq etdiyi embarqo səbəbi ilə Qəzza xalqının problemlərinə əlavədən, Misir hökuməti təhlükəsizlik mövzuları bəhanə edərək, Ramazan ayın sonuna qədər Rifah sərhəd qapısında, bir çoxu xəstə olan fələstinlilərin keçişi üçün yeni məhdudiyyətlər gətirdi. Bu arada Qəzza blokadasının qaldırılması üçün təşkil edilən kampaniya 50 ölkədəki fəaliyyətlərinin sonunda bu gün nəşr etdiyi məlumatda Qəzzada dərman və tibbi materialların məhdud olması, Sionistlərin təzyiqlərinin artmasına işarə, Misir tərəfindən Rifah sərhəd qapısının bağlanması ilə birlikdə yüzlərlə xəstə fələstinli uşaq, qadın və yaşlının Misir müalicə mərkəzlərinə çatmalarının maneə törədildiyini və ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğunu ifadə etdi.

Fələstinli səlahiyyətlilər Misirin son aylarda Sionist rejim ilə əməkdaşlıqda Rifah və Misir şimalı arasına qazılan tunelləri məhv edərək, Qəzzaya qida, dərman və yanacağın çatmasını maneə törətdiyini ifadə edərək, beləcə 1 milyon 800 min Fələstinlinin Qəzzadakı həyatının daha da çətinləşdiyini ifadə etdilər.

Qəzzanın xarici dünya ilə tək əlaqə yolu olan Rifah sərhəd qapısının Ramazan ayı ərəfəsində Misir tərəfindən bağlanılması, Qəzza xalqının ən pis insani və iqtisadi vəziyyətdə yaşadıqları bir mühitdə reallaşır.

Bu arada Sionist rejim də beynəlxalq cəmiyyətin bütün xəbərdarlıqlarına məhəl HƏMAS oxlu Fələstinin seçilmiş hökumətini devirmək məqsədi ilə 10 ildən bəri Qəzza xəttini tətbiq etdiyi embarqo ilə dərman, yanacaq və qida maddələrin bölgəyə girişin maneə törədir.

Bu şərtlərdə İnsan Haqqları İzləmə Təşkilatı kimi beynəlxalq təşkilatlar Qəzza zolağında humanitar faciə ölçülərinə toxunaraq, başda BMT baş katibi olmaq üzrə beynəlxalq səlahiyyətlilər və təşkilatları Fələstində yüz minlərlə insanın həyatını qurtarmaları lazım olduğunu vurğuladı.

Sionist rejim, Misir əməkdaşlıq ilə sərhəd qapılarını bağlamaqla, Qəzza xalqına təzyiqləri artıraraq, bölgəyə lazımi həyat materialların girişini maneə törədib, bölgəyə öz hücumlarını artırmaqla, Qəzzada mədəni itaətsizliyi yaşanmasına səbəb olacaqları hesablarını edirlər. Lakin xalqın işğalçıların bölgəyə davamlı hücumlarına qarşı müqaviməti, bölgə xalqının bu təzyiqlərə boyun əyməyəcəyik və təslim olmayacağını göstərir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu