DünyaİranXƏBƏRLƏR

Təxtiravançi: İran, Cenevrədə razılaşmanın əldə edilməsinə maneə törətmədi

İranın nüvə müzakirəçi heyətinin üzvü bəzi mənbələrin “İran son müzakirələrdə qarşı tərəflə razılaşma əldə etməkdən çəkinib”  – deyə iddialarını təkzib edərək deyib: İran İslam Respublikası Cenevədə razılaşmanın əldə edilməsinə maneə törətməyib.

İRNA-nın verdiyi məlumata əsasən, İran XİN-nin Avropa və Amerika məsələləri üzrə müavin Məcid Təxtiravançi ötən gün (cümə 15 noybar) müxbirlərin “Con Kerri İranın Cenevrə müzakirələrinin nəticə əldə etməməsində maneə törətməsini bildirib ” – deyə verilən sualı belə cavablandırıb: Təfərrüata daxil olmaqdan çəkinirik zira hamı müzakirələrin  reallıqlarından agahdırlar.

İran və 5+1 qrupu nüvə danışıqlarını 2013-cü il  7-9 noybar Cenevrədə üç gün müddətində sıx və ardıcıl olaraq və razılaşmaların tənzimləməsi astanasıınadək keçirdilər lakin Fransa xarici işlər naziri qeyri-məntiqi və qeyri-hüquqi mövqe tutmaqla,  müştərək bəyanatın imzalanmasına maneə törətdi.

Iki tərəf müzakirələrin bir daha 2013-cü il  20 noyabrda keçirilcəyi barədə razılaşıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu