İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ikinci və üçüncü məcburi müharibələrin nailiyyətlərinin səkkizillik məcburi müharibə ilə müqayisə edilə bilməyəcəyini bildirib.
“Bəzən mediada son müharibələrin səkkizillik məcburi müharibə ilə müqayisə edildiyini görürəm. Halbuki bu müqayisə mahiyyət etibarilə yanlışdır və bu müharibələrin şərtləri əsaslı şəkildə fərqlənir”, – deyə Qalibaf qeyd edib.

