Qanun dövləti koalisiyası rəhbərlərindən biri deyib: İraq Kürdüstanı məntəqəsi neftinin Bağdadın razılğı olmadan Türkiyəyə ixrac edilməsi odla oyundur və əgər bu məntəqənin məsul şəxsləri xüsusən İraq məclisinin 2014-cü ilin büdcə layihəsini qəbul etməkdə olduğu bir zamanda Türkiyəyə neft ixracı barədəki qərarlarından vaz keçməsələr, mərkəzi dövlət Kürdüstan məntəqəsinin illik büdcə payını İraqın dövlət büdcəsindən kəsəcəkdir.
Sami Əskəri İraq Kürdüstanı məntəqəsi neftinin ixracına icazə verəcəyi halda, iki ölkə əlaqələrinin sərtləşməsi barədə Türkiyəyə xəbərdarlıq edərək, deyib: Neft bütün İraq xalqının sərmayəsidir və təkcə Kürdüstan məntəqəsinə aid deyil; bu üzdən, heç bir cərəyan bu məsələ ilə öz bildiyi kimi rəftar etməməlidir. Həmçinin İraq Türkiyəyə elan edibdir ki, Bağdaddakı mərkəzi dövlətin razılığı olacağı hal istisna olmaqla həmin ölkə ərazisi ilə neft ixracına icazə verməyəcəkdir.
Əskəri İraqın “Sumarya News” portalı ilə müsahibədə söyləyib: : Kürdüstan məntəqəsinin Bağdaddakı mərkəzi dövlətin icazəsi olmadan Türkiyəyə neft ixrac etməyə səy göstərməsi odla oyun mənasındadır.