FələstinXƏBƏRLƏR

Qəzzənin mühasirəsi və insan faciəsi

Fələstin rəsmiləri və beynəlxalq şəxsiyyətlər Qəzzə zolağının mühasirəsinin Sionist rejim tərəfindən davam etməsi və nəticədə Qəzzədə insan faciəsinin yaranması haqda xəbərdarlıq ediblər.

İsmayıl Həniyyənin sədrlik etdiyi Fələstinin qanuni hökumətinin Səhiyyə Nazirliyi bu gün çərşənbə (9 noyabr) blokada vəziyyətində olan Qəzzə məntəqəsi xəstələrinin acınacaqlı vəziyyəti və kəskin dərman preparatları çatışmazlığı haqda xəbərdarlıq edib.
Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əl-Qüdrə Qəzzə zolağı ilə Misir sərhədindəki tunellərin bağlanılmasına işarə edərək ötən 4 ayda heç bir dərman preparatının Qəzzə zolağına daxil olmadığını bildirib.
Həmçinin Qəzzədə Fələstin meriyalarının su idarəsi bir bəyanat yayaraq mühasirə vəziyyətində olan Qəzzə zolağında yanacaq çatışmazlığına görə ətraf mühit faciəsinin çox yaxın gələcəkdə baş verəcəyi haqda xəbərdarlıq edib.
Bununla yanaşı BMT-nin insan haqları ofisinin koordinatoru Cims Ravli də Qəzzədə elektrikin kəsilməsi, onun nəticəsində insan faciəsinin baş verməsi , xəstəxanalarda həyati əhəmiyyəti bölmələrin fəaliyyətlərinin dayandırılması haqda kəskin xəbərdarlıq edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu