İranXƏBƏRLƏR

Qarabağ müharibəsi barədə Sepah-ın sabiq komandanından şok açıqlam

İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının katibi deyib: İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib.
Ermənistan-Azərbaycan müharibəsi dönəmində Sepah-ın komandanı olan Möhsün Rzayi Beynəlxalq ilə eksklüziv müsahibədə şok məlumatlar açıqlayıb və deyib: Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan silahlı qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim.
Sepah-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid və onların məzarlarının Bakıda olduğunu da bildirib.
İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının katibi iranlılar və azərbaycanlılar arasındakı ortaqlıqlara işarə edərək, deyib: Biz həmiş çətin günlərində azərbaycanlıların kənarında olmuşuq və bu gün də onların yanındayıq. Biz Qarabağın Azərbaycana qaytarılmasında da onlara kömək etməyə hazırıq.
Möhsün Rzayi sonda deyib: Qarabağ İslam torpağıdır və sülhsevər yollarla Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu