İran qaz ixracı üçün bir Avropa ölkəsi ilə müzakirələrə başlayıb.
Bəzi Asiya ölkələri ilə qaz ixracı barəsində müqavilələr imzalandıqdan sonra son vaxtlar bir Avropa ölkəsinə qaz ixracı məqsədilə müzakirələr aparılıb. Bu müzakirələrə əsasən İran qazı Türkiyə torpağı və bir vasitəçi ölkə ilə qərbi Avropa ölkəsinə nəql olunacaq.
Hələlik bu Avropa ölkəsinə ixrac olunacaq qazın həcmi bəlli deyildir. Lakin bu ölkə ilkin müzakirələrdə İrandan gündəlik 20-25 milyon kubmetr qaz almaq istədiyini bildirib.