Dünya

Türkiyə İran qazının illik 10 milyard kubmetr idxalını 2032-ci ilədək uzatdı

Türkiyə İran qazının illik 10 milyard kubmetr idxalını 2032-ci ilədək uzatdı

Anka xəbər agentliyinin məlumatına görə, Türkiyə İrandan təbii qaz idxalı müqaviləsini 5 il uzadıb. Bununla da Türkiyənin İrandan illik 10 milyard kubmetr qaz almasına icazə 2032-ci ilin Aprel ayınadək yenilənib.

Bu razılaşma ilə İranın Türkiyəyə qaz ixracı ən azı 2032-ci ilədək uzunmüddətli müqavilə çərçivəsində davam edəcək. Türkiyə İran qazının ixracında əsas istiqamətlərdən biri olaraq qalacaq.