BəhreynXƏBƏRLƏR

Bəhreyn rejimi vətəndaşları səbəbsiz yerə həbs edir

Bəhreyndə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu ölkə vətəndaşlarından bir qrupunu həbs ediblər.

Əl-Aləm telekanalının məlumatına görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri cümə axşamı günü ( 5 sentyabr ) Bilad Əl-Qədim məntəqəsində 10 nəfəri səbəbsiz yerə həbs ediblər.

Daxil olan məlumata əsasən, Ali-Xəlifə rejiminin məmurları həbs etdiyi bu şəxslərin ailə üzləri ilə telefon əlaqəsi qurmalarına imkan verməyiblər.

Ali-Xəlifə rejimi Bəhreyndə məhbuslarla edilən pis rəftarlar haqqda daxil olan hesabatlara baxmayaraq bu ölkə vətəndaşlarını həbs etməyə dayir tədbirlərini genişləndirib.

Qeyd edək ki , 2011-ci ildən Bəhreyndə sakit xəlqi aksiyalara start verilib və aksiyaçılar ölkədə sosial azadlıq və ədalətin bərqərar edilməsini vurğulayırlar. Lakin Ali-Xəlifə rejimi ərəbistanlı qüvvələrin köməyi ilə aksiyaçılara repressiya tətbiq edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu