Qoşlmayan Hərəkatına üzv ölkələr İran İslam Respublikası ilə MAQATE-nin əməkaşlığının davam etməsini müsbət qarşılayıblar.
QH –yə üzv ölkələr cümə axşamı günü (28 noyabr) MAQATE-nin Vyandada keçirilən İdarə Heyəti iclasında, İranın sülhməqsədli nüvə fəaliyyətlərini dəstəkləyərək, Tehran ilə Agentlik arasında əməkdaşlıqların davam etməsindən razı qaldıqlarını bildiriblər.
QH-yə üzv ölkələr tərəfindən yayılan bəyanatda İran ilə MAQATE arasında baş verən konstruktiv müzakirələr və əməkdaşlıq çərçivəsi üzrə müştərək bəyanatın yayılması, həmçinin Cenevrədə İran və 5+1 qrupu tərəfindən qəbul edilən ortaq təşəbbsülər müsbət qarşılanıb.
QH üzvlərinin bəyanatında deyilir: Qoşulmayan Hərəkatı ölkələrinin qənaətincə İranın nüvə mövzusunun yeganə çıxış yolu dialoq və diplomatik fəaliyyətlərdən asılıdır.
İranın MAQTE-dəki daimi nümayəndəsi Rza Nəcəfi QH-lər qrupunun sədri olaraq bu hərəkatın Baş İdarə heyəti iclsaındakı bəyanatı oxuyub.
MAQATE-nin baş katibi Yokyo Amano 2013-cü il 11 noybar İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşüb və əməkdaşlıqların genişləndirilməsi sahəsində razılaşmaya nail olaraq 6 bənddən ibarət anlaşmaya qol çəkiblər.
Həmin bəyanata əsasən, MAQATE-nin müfəttişləri öncədən planlaşdırılmadan İranın mərkəzində yerləşən Ərak ağır su fabrikasından, Bəndər Abbas-ın Gəçin mədəninə baxış keçirə bilərlər.
İran həmçinin könüllü olaraq MAQATE-nin müfəttişlərinə Ərak ağır su abyekti və Bəndər Abbas-ın Gəçin mədənindən baxışların keçirilməsinə icazə verib.