Türkiyənin İstanbul şəhərinin Taksim meydanında yenidən AKP hökumətinə qarşı aksiyalar keçirilib.
İslamazeri.az-ın “Doğan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İstiqlal prospektində interneti məhdudlaşdıran yeni qanuna etiraz edən və “internetimə toxunma” adlı aksiya keçirən insanlarla polis arasında qarşıdurma olub.
Sosial şəbəkələr vasitəsi ilə edilən çağırışlarla etiraz aksiyasına gələnlər Qalatasaray meydanından Taksimi gedərkən polislə toqquşub. Nəticədə polis su şırnaqları ilə etirazçılara müdaxilə edib.