ABŞ-ın mərkəzi və cənub regionlarında qasırğa nəticəsində 2 nəfər ölüb, təxminən beş nəfər xəsarət alıb.
Agentliyinin məlumatına görə, bir nəfər Missisipi ştatının şimalında onun furqonu güclü küləyin təsirindən aşması nəticəsində həlak olub. Daha bir nəfər isə Missisipi ştatının cənub-şərqində avtomobili yola düşmüş ağaca çırpılaraq, ölüb.
On minlərlə insan hazırda işıqsız qalıb. Təbii fəlakət 20-yə yaxın evi dağıdıb.