İranın Atom Enerjisi Üzrə Beynəlxalq agentlikdəki nümayəndəsi deyib : Cenevrə anlaşmasına əsasən , İrandan əlavə nəzarətlər və təftişlərin xərclərini MAQATE direktorlar şurasının üzvləri həmçinin başqa ölkələr ödəyəcəklər.
Bazar günü ( 26 yanvar ) İRNA ilə müsahibəsi zamanı bu sözləri söyləyən Rza Nəcəfi sonra deyib : Bəziləri 5+1 qrupunun üzvləri belə olmayan Amerika , İngiltərə , Fransa , Almaniya , Danimarka , İsveç , Norveç və Yaponiya kimi ölkələr MAQATE-nin Cenevrə anlaşmasının icrasına nəzarət xərclərini ödəyəcəklər.
Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik Cenevrə anlaşmasının icrasına nəzarət məqsədilə əvvəldə 6 milyon avro tələb etmişdi ki, hazırda məlumatlı mənbələr bu məbləğin 8 milyon avro elan edildiyini bildirirlər.
İranın Atom Enerjisi Üzrə Beynəlxalq agentlikdəki nümayəndəsi həmçinin Cenevrə anlaşmasının icrasına görə , MAQATE-nin İranda ofis təsis etməsi ehtimalı haqda da deyib : MAQATE yalnız Yaponiya və Kanadada nümayəndəlik ofisinə malikdir və İranın nüvə fəaliyyətləri o həddə deyildir ki, MAQATE İranda daimi ofisə malik olmaq istəsin.
