İranXƏBƏRLƏR

Yeni prezident: İran Latın Amerikası ilə münasibətləri genişləndirmək niyyətindədir(8)

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani Latın Amerikası ölkələri ilə münasibətlərin inkişafı barəsində də deyib: Bu məntəqə də İranın münasibət qurmaq istədiyi ölkələrdəndir.

Həsən Ruhani milli vəhdət hökumətinin yaradılması və bu hökumətdə digər siyasi qüvvələrdən istifadə olunması barəsində deyib: Gələcək hökumət cinahlardan kənar olacaqdır və mötədillər, islahatçılar və üsulçulardan olan bütün layiqli qüvvələr iştirak edəcəklər. Bu sahədə heç bir məhdudiyyətimiz olmayacaq. Əlbəttə mən cinahdan kənar terminini bəyənmirəm və bu hökumət cinahdan kənar və layiqli olacaqdır.

Ruhani ABŞ Dövlət Departamentinin onu prezident seçilməsi münasibəti ilə təbrik etməsini və İranla birbaşa müzakirələr üçün müraciəti barəsində də deyib: Bu əlaqə çox mürəkkəbdir. Köhnə bir yara vardır ki, o tədbirlə müalicə olunmalıdır. Əlbəttə biz gərginliyin davamı və yaxud genişlənməsi ardınca olmayacağıq. Düzgün məntiq də tələb edir ki, iki xalq və iki ölkə gələcəyini düşünsün və keçmiş və onun yaxşılaşması üçün həll yolu tapsın. Lakin ABŞ-la istənilən danışıq qarşılıqlı və bərabər hörmət və mənafeyə əsasən olmalıdır. ABŞ İranın daxili məsələlərində müdaxiləçi olmayacağını elan etməlidir. Üçüncüsü birtərəfli və zorakılıq siyasətlərini kənara qoysun. Hamı bilməlidir ki, gələn hökumət İran xalqının təbii haqqında əsla geri çəkilməyəcək və biz buna əsasən gərginliklərin azaldılması üçün addım atmağa tam hazırıq.

Cənab Ruhani ölkədə siyasi ixtilaf və problemlərin həllinin formatı barəsində də deyib: Mən ümidvaram ki, atmosfer dəyişəcək və bir çox tələblərin gerçəkləşməsinə zəmin yaranacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu