Rəsmi Bakı DQ ilə bağlı ABŞ-dan gileylənir
ABŞ müdafiə katibi Çak Heygelin dəvəti ilə Vaşinqtona səfər edən Azərbaycan Respublikası müdafiə naziri Səfər Əbiyev rəsmi Bakının ABŞ ordusu və NATO ilə əməkdaşlığına təkid edib.
Mediaforumun məlumatına görə, Pentaqonda keçirilən görüşdə Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan Səfər Əbiyev əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib.
Səfər Əbiyev bildirib ki, rəsmi Bakının 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcək.
Səfər Əbiyev deyib ki, rəsmi Bakının bu niyyəti NATO-dan dəstəklənib.
Səfər Əbiyev eyni halda deyib : “Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır. ABŞ və beynəlxalq təşkilatlar Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir.”
Azərbaycan Respublikası müdafiə naziri ABŞ hərbi dəniz katibi Rey Mabusla da görüşdə Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında müzakirə aparıb.