Sionist rejimin hərbi təyyarələri Qəzzə zolağının hava hüdudlarını pozublar
Sionist rejimin hərbi təyyarələri cümə günü Qəzzə şəhərinin hava məkanında uçuş əməliyyatı keçiriblər.
Daxil olan məlumata görə, Sionist rejimin hərbi təyyarələri Qəzzənin şərqi və cənubi məntəqələrində alçaqdan uçuş həyata keçirərək,o məntəqələrdəki insanların arasında dəhşət yaradıblar.
Sionist rejimin hərbi təyyarələri son bir neçə gündə dəfələrlə Qəzzənin hava hüdudlarına təcavüz ediblər.
Fələstinin Müqavimət Hərəkatı sionistlərə xəbərdarlıq edərək elan edib: Müqavimət ixtiyarında olan modern silahlardan istifadə edərək bu təyyarələri hədəfə alıb yerə salacaq .
