DünyaXƏBƏRLƏR

“Oskar” akademiyası ən yaxşı film mükafatını “Argo”ya verdi

Elmlər və Kino İncəsənətləri Akademiyası 85-ci Oskar mükafatının ən yaxşı film mükafatını Ben Eflekin çəkdiyi anti-İran “Argo” filminə verib.

Oskar mükafatlandırma proqramının 85-ci dövrünün qaliblərinin adları elə bir halda elan olunub ki, Elmlər və Kino İncəsənətləri Akademiyası ən yaxşı film mükafatını Ben Eflekin çəkdiyi “Argo” anti-İran filminə verib.

Hollivudun bu filmi İran İslam İnqilabı zamanı ABŞ səfirliyinin İran tələbələri tərəfindən ələ keçirilməsi və MKİ məmuru vasitəsi ilə 6 amerikalı diplomatın İrandan qaçmasından bəhs edir.

Bu film, iş gündəliyində anti-İran “300” filminə malik “Warner Qardaşları” sionist kampaniyasının məhsuludur. Bu kampaniya həmin filmin 2-ci hissəsini çəkməkdədir.

Bir çox qərb tənqidçisinin qənaətincə, “Argo” filmi bəzi cəhətlərdən diqqəti cəlb edəcək olsa da, Oskar mükafatını almağa layiqli deyildi. Çünki qarşı tərəfdə Stiven Spilberqin çəkdiyi “Linkoln”, Englinin çəkdiyi “Ayağın həyatı”, Kventin Tarantinonun çəkdiyi “Azad olunmuş Canqo”, Mişel Hankenin çəkdiyi “Eşq” və sairə kimi rəqiblər vardır.

Bir çox tənqidçi, bəzi qərb mediaları, eləcə də bəzi tarixçilərin etirafına görə, tarixi bir həqiqət əsasında çəkilməsinə baxmayaraq, bu filmdə tarixi rəvayətlərdə əsas olan həqiqətlərə söykənmək məsələsinə diqqət yetirilməmişdir.

Əlbəttə bu film Cimmi Karter kimi Amerika rəsmiləri tərəfindən dəstəklənirdi. Belə ki, dövlət katibi mərasim keçirilməmişdən bir neçə saat öncə rəsmi bir çıxışda bu filmin Oskar mükafatı alacağına ümid bəsləmişdi.

Karter həmin müsahibədə bu məsələni etiraf etməyə məcbur olub ki, “Argo” filmində böyük bir tarixi həqiqət yəni kanadalılar tərəfindən 6 amerikalının İrandan qaçması əməliyyatına rəhbərlik görməməzliyə vurulub və onun yerinə yalandan MKİ-nin rolu şişirdilib.

Əlbəttə bir çox siyasi təhlilçi 6 amerikalı diplomatın İrandan qaçışı hadisəsini məhdud müsbət həqiqətlərdən hesab edirlər ki, Cimmi Karterin prezidentliyi dövründə baş vermişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu