Quantanamo həbsxanasının sözçüsü bildirib ki, bəzisi təxminən 3 ay öncədən aclıq aksiyasına başlayan məhbusların sayı cümə günü artıb və 97 nəfərə çatıb.
Bu sözçünün bildirdiyinə görə, 166 məhbusdan 97 nəfəri aclıq aksiyası keçirib və onların bir qrupu görünməmiş şəkildə zorla yemək yeməyə məcbur etdirilib.
Bu sözçü əlavə edib: Bu statistika fevral ayının 6-dan hərəkat başlandıqdan sonra mütəmadi şəkildə artmaqdadır və hərbi rəsmilərin bildirdikləri ilkin statistikalara əsasən 11 martda 9 məhbus aclıq aksiyasına başlamışdı.
İnsan Haqları Gözətçisi Təşkilatının Müdafiə Mərkəzindən Lora Piter bildirib: Quantanamoda ittihamı bildirilmədən və mühakimə olunmadan qeyri-qanuni həbslər bir aydan çoxdur ki, davam edir və onun üçün bir son da müşahidə olunmur. Buna görə təəccüblü deyil ki, məhbuslar naümidlik hiss etsinlər.
Fransa İnformasiya Agentliyinin Vaşinqtondan verdiyi məlumata görə, bu insan haqları fəalı bir bəyanatda əlavə edib: ABŞ tarixində qara ləkə hesab olunan bu qeyri-qanuni həbsxananın fəaliyyətinin dayandırılması üçün Obama hökuməti daha artıq səy göstərməlidir.
