Fransa İnformasiya Agentliyi Dəməşqdən məlumat verir ki, Suriya hökumətinin tərəfdarları, hətta əleyhdarları sosial ictimai şəbəkələrdə Barak Obamanın Suriya barəsindəki şübhələrini lağa qoyurlar.
İnternetdə yayımlanan bir karikaturada bir Mina gülünün ləçəklərini qoparmaqda olan ABŞ prezidenti deyir: Mən bombardman edəcəyəm, mən bombardman etməyəcəyəm.
ABŞ prezidenti Barak Obama göründüyü qədəri ilə bundan öncə 31 avqustda Suriyaya qarşı hərbi müdaxilənin icazəsinin alınması üçün Konqresə müraciət edərək öz qərarında yenilik etmişdi. Lakin bazar ertəsi günü Suriyada kimyəvi silah cəbbəxanalarına nəzarət üçün Rusiyanın təklifini önəmli irəliləyiş hesab edib, yenə də hücum perspektivlərini uzaqlaşdırıb.
Özünü Obama adlandıran şəxs Obamanın işlənmiş şəklinin altında Facebook səhifəsində yazır: ABŞ Konqresi hücuma icazə verən kimi mən həyat yoldaşım Mişel və həyat yoldaşımın ailəsinin fikrini soruşacağam. Əgər onlar bəli deyərlərsə, mən hücumu yerinə yetirəcəyəm.
Bazar ertəsi günü yay tətilini sona çatdıracaq ABŞ senatorları gələn günlərdə Dəməşq yaxınlığında 21 avqustda kimyəvi hücumdan istifadə olunması ilə bağlı ehtimalın əvəzini çıxmaq istiqamətində Suriya hökumətinə qarşı güc tətbiq etməklə bağlı qətnamə barəsində rəy verəcəklər.
ABŞ prezidentinin şübhəsini lağa qoyan bir neçə karikaturada Obamanın qulaqları məşhur Miki Maus siçanın qulaqlarına bənzədilib.