İslam İnqilabı keşikçiləri korpusu (Sepah)-ın baş komandan əvəzi regionda baş verən dəyişikliklərə toxunaraq deyib: Regional tənliklərin həll edilməsi İran İslam Respublikasının iradəsi olmadan həllediləsi deyil.
General Hüseyn Səlami ötən gün (cümə axşamı 20 fevral) İranın cənubunda yerləşən Əhvaz şəhərində, “Amerika nə üçün hər bir məğlubiyyətində İranın izının olduğunu düşünür?” sualını ortaya qoyaraq deyib: Bu düşüncə əslində İran xalqının özəl əzəmətindən və parlamasından mənşə alır.
İslam İnqialbı keşikçilər korpusu (Sepah)-ın baş komandan əvəzi, 8 illik müdafiə dövründə İran xalqının supergüclər tərəfindən ağır hücumlara məruz qaldığını bildirərək deyib: İslamı İran xalqı elə bir ağır şəraitdə qüdrətini göstərdi və öz torpaqlarının bir qarışını belə əldən verməməklə, düşmənin bütün arzularını dəfn etdi.
General Leytenant Səlami müharibənin bitmədiyini və yalnız formasınin dəyişildiyini deyərək bildirib ki, beynəlxlaq müharibənin yeni formaları iqtisadi blokada, mədəni hücum, informasiya müharibəsi və hərbi hədələrədən ibarətdir və özünəinam gücü olmasaydı bu yeni müaharibənin qarşısında davam gətirə bilməzdik.
O, İran tərəfindən regionun düşmənin strateji nəzarətindən çıxarılmasına toxunaraq deyib: Düşmən Aralıq dənizinin şərqində məğlubiyyətə uğramış bir ifaçıya çevrilib və daha Sioinst rejimi bərpa etmək üçün yol xəritəsindən heç bir xəbər yoxdur.
General Səlami hal-hazırda İranın fövqəladə gücə malik olduğunu vurğulayaraq deyib: Bizim Səhiyyə yaxud digər sahələrdə çatışmamazılığımız mövcuddursa, düşmənlərimiz də artıq problemlərlə qarşılaşırlar lakin biz Allaha ümidvar olduğumuz halda düşmənlər bundan məhrumdurlar.