İran İslam Respublikası Atom Enerjisi Agentliyinin(İİR AEA) sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(MAQATE) İranın nüvə fəaliyyətləri barədəki son iki hesabatının İİR-in nüvə proqramının sülhməramlı olduğunu təsdiqlədiyini bildirib.
Behruz Kəmalvənd MAQATE-nin son hesabatı barədə deyib: bu qurum İranın nüvə fəaliyyətləri barədə son vaxtlar iki hesabat yayıb ki onlardan biri MAQATE baş direktorunun hakimlər şurasına iki həftə öncə təqdim etdiyi hesabatdır və ikincisi də baş direktorun İran və 5+1 qrupunun müştərək təşəbbüs proqramı barədəki hesabatı olaraq cümə günü yayılmışdır.
Kəmalvəndi deyib: hər iki hesabatda demək olar ki proses ümumilikdə müsbət və irəliyə doğrudur. Başqa sözlə hər iki hesabatda baş direktor İranın nüvə proqramının sülhməramlı olduğunu bildirib.