İraqda təhlükəsizlik və xəstəxana qaynaqları bildiriblər ki, yaraqlı şəxslər şənbə günü Bağdadda spirtli içki satışı mərkəzlərini atəşə tutaraq, doqquz nəfəri öldürüblər.
Bu kobudluqlar elə bir halda baş verir ki, yanvar ayından bəri İraqdakı kobudluqlarda 6200-dən yuxarı insan öldürülübdür. Bu mənbələr həmçnini bildiriblər ki, Vəziriyyə məhəlləsində baş vermiş bu atışmalarda azı beş nəfər də yaralanıbdır. Spirtli içki satışı mərkəzlərinin bir qayda olaraq, dini azlıqlar tərəfindən idarə olunmasına görə, bu kimi məkanlar hücum üçün ifratçı qrupların əsas hədəflərindəndir. May ayında da səsbatırıcı qurğuya malik olan silahlar ilə təchiz olunmuş hücumçular spirtli içki satışı mərkəzlərində on iki nəfəri öldürmüşdülər.